Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" heyətini gücləndirib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Kostanay təmsilçisi yeni qapıçı transfer edib.

Belə ki, "Ordabasi"nin qolkiperi Jasur Narzikulov "Tobol"la anlaşıb. Qazaxıstan millisinin sabiq qapıçısı yeni komandası ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.

35 yaşlı qolkiper çox güman ki, Balayevin əvəzləyicisi rolunu daşıyacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest