07 Mart 2026, 16:12
FUTBOL
"Barselona"nın baş məşqçisi Hans-Dieter Flik hücumçu Robert Levandovskinin "Atletik" ilə oyuna tam hazır olduğunu təsdiqləyib. Flik qeyd edib ki, oyunçu komandanın heyətinə daxil edilə bilər.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Barselona" "Atletik" ilə bu gün qarşılaşacaq. İspaniya La Liqası 27-ci turunda baş tutacaq oyun Bilbaodakı "San Mames Barria" stadionunda baş tutacaq.
Qeyd edək ki, İspaniya çempionatında 26 turundan sonra "Barselona" 64 xalla turnir cədvəlinin zirvəsindədir.












