Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" yeni transferə hazırlaşır. Matc.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Samara təmsilçisi hücum xəttini gücləndirmək qərarına gəlib.

Belə ki, Zaqreb "Lokomotiva"sının forvardı Deyan Radonyiç Premyer Liqa təmsilçisi ilə anlaşıb. 28 yaşlı futbolçu Samara klubunda tibbi müayinədən keçəcək. Hər şey normal olsa, rəsmi müqavilə bağlayacaq və yeni komandasının Avstriya toplanışına qatılacaq. Bu keçid "Krılya Sovetov"a 600 min avroya başa gələcək.

Qeyd edək ki, Deyan Radonyiç ötən mövsüm Xorvatiya çempionatında 35 matçda 8 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest