Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Endryu Robertson karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Fənərbaxça" şotlandiyalı futbolçunu heyətinə qatmaq istəyir. Super Liqa nəhəngi Robertsonun menecerini danışıqlar aparmaq üçün İstanbula gətirib. Lakin 32 yaşlı sol cinah müdafiəçisi Türkiyə klubuna hələ cavab verməyib.

Qeyd edək ki, Endryu Robertson bbu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə keçirdiyi 34 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest