"Portu"nun yarımmüdafiəçisi Alan Varela karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Mançester Siti" argentinalı futbolçunu transfer etmək istəyir. "Şəhərlilər" Varelanı Rodrinin uzunmüddətli davamçısı kimi düşünür. 24 yaşlı dayaq yarımmüdafiəçisinin Portuqaliya klubu ilə müqaviləsində 75 milyon avroluq sərbəstqalma maddəsi yer alıb.

Qeyd edək ki, Argentina millisinin üzvü olan Alan Varela bu mövsüm "Portu"nun heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest