"Nyukasl" baş məşqçi axtarışlarını davam etdirir. Matc.az saytının "Telegraph"a istinadən məlumatına görə, "sağsağanlar"da bu posta 2 namizəd var.

Bunlar "Reyncers"in baş məşqçisi Stiven Cerrard və "Nitsa"nın çalışdırıcısı Patrik Vieyradı. "Nyukasl" rəhbərliyi hər iki mütəxəssislə danışığa başlayıb. Onları gətirmək mümkün olmasa, "Mançester Siti"nin məşqçisi Mikel Arteta ilə danışıq aparılacaq.

Qeyd edək ki, "Nyukasl" Rafael Beniteslə yenicə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest