Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sabah daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Matc.az saytının məlumatına görə, Azərbaycan çempionunun rəqibi "Ufa" olacaq.

Rusiya klubu ilə görüşün başlama saatı da artıq bəllidi. Belə ki, "Qarabağ"la "Ufa" arasında matç Bakı vaxtı ilə 19:00-da start götürəcək.

Bu, ağdamlıların Avstriyada 3-cü yoxlama görüşü olacaq. Qurban Qurbanovun kollektivi buna qədər "Ludoqorets"ə uduzub (0:2), "Universitatya Krayova" ilə bərabərə (0:0) qalıb.

Qeyd edək ki, "Qarabağ" Avstriyada son yoxlama matçını iyulun 2-də "Viktoriya"ya (çexiya) qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest