Gürcüstan və Rusiya klublarının UEFA bayrağı altında yarışlarda qarşılaşmaq perspektivi ilə bağlı qərar verilib. Matc.az saytının məlumatına görə, qitənin ali futbol qurumu sözügedən qarşılaşmalarla bağlı hansısa problemin olmayacağını açıqlayıb.

Rəsmi saytı vasitəsilə bildiriş yayan UEFA 2014-cü ildə verilmiş qərarın qüvvədə qalacağını bildirib.

Qeyd edək ki, iki ölkə arasında yaşanan siyasi gərginliyin nəticəsi olaraq Gürcüstan çempionatında bir neçə komanda oyunlara antiRusiya lozunqu ilə çıxmışdılar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest