"Mançester Yunayted" heyətinə yeni oyunçu cəlb edib. Matc.az saytının məlumatına görə, "qırmızı şeytanlar" sağ cinah müdafiəçisi ilə güclənib.

"Manukunianlar" "Kristal Palas"dan 21 yaşlı müdafiəçi Aaron Van Bissakanı alıb. Onun üçün qarşı tərəfə 55 milyon avro ödənilib.

Keçidin yaxın 24 saat ərzində rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 2017-ci ildən "Kristal Palas"ın şərəfini qoruyan gənc müdafiəçi 47 oyunda meydana çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest