İngiltərə Futbol Assosiasiyası İngiltərənin "Çelsi" klubunun ukraynalı yarımmüdafiəçisi Mixaylo Mudriki 4 illik cəzalandırıb. Qərara hazırda İdman Arbitraj Məhkəməsində (CAS) baxılır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Ben Ceykobs paylaşıb.

2024-cü ilin noyabr ayında Mixaylo Mudriki dopinq testindən keçə bilmədiyi üçün İngiltərə Futbol Assosiasiyası yarışlardan kənarlaşdırma cəzası verib. Diskvalifikasiya hələ qüvvəyə minməyib, çünki 25 fevral 2026-cı ildə Mudrik Futbol Assosiasiyasının qərarından İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verib.

Qeyd edək ki, Mudrik 2023-cü ilin yanvarında Ukraynanın "Şaxtyor" klubundan "Çelsi"yə transfer olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest