"Liverpul" yarımmüdafiəçisi Rafael Kamaço ilə yollarını ayırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızılar"ın yetirməsi vətəni Portuqaliyaya qayıdıb.

Belə ki, cinah oyunçusu "Sportinq"lə anlaşıb. Bu transfer ingilislərə 5 milyon avro qazandırıb. "Liverpul" həmçinin 2 milyon avro bonus da əldə edə bilər. Bundan başqa, raızlığa əsasən, "Sportinq" 19 yaşlı oyunçunu başqa kluba satsa, məbləğin 20%-i "Liverpul"a çatacaq.

Qeyd edək ki, Rafael Kamaço "Liverpul"a 2016-cı ildə "Mançester Siti"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest