Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" Sloveniyada təlim-məşq toplanışını davam etdirir. Samara təmsilçisinin yoxlama görüşü üçün ilk iki rəqibi müəyyənləşib.

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" Sloveniyada təlim-məşq toplanışını davam etdirir. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Samara təmsilçisinin yoxlama görüşü üçün ilk iki rəqibi müəyyənləşib.

Maraqlıdı ki, Premyer Liqa klubu hər iki qarşılaşmaya eyni gündə - sabah çıxacaq. Miodraq Bojoviçin yetirmələri ilk olaraq "Banik"lə üz-üzə gələcək. çexlərlə görüş Bakı vaxtı ilə 14:00-da başlayacaq. Həmin gün 20:00-da isə "Krılya Sovetov" Xorvatiya "Hayduk"u önünə çıxacaq.

Qeyd edək ki, "Krılya Sovetov" hazırda 24 futbolçu ilə toplanış keçir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest