PSJ hücumçusu Neymarı "Barselona"ya satmağa razılıq verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris klubu Braziliya millisinin üzvünə qiymət qoyub.

Fransızların yeni idman direktoru Leonardo İspaniya nəhəngi ilə danışıq mərhələsindədi. PSJ bu transfer müqabilində qarşı tərəfdən 222 milyon avro tələb edib. Hansı ki, 2017-ci ilin yayında parislilər onu məhz bu məbləğı almışdılar.

Qeyd edək ki, daha əvvəl PSJ-nin Neymar üçün 300 milyon avro istədiyi bildirilirdi. Futbolçu özü isə sabiq komandasına dönməkdə israrlıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest