Cənubi Afrika Respublikasından olan Hendrik Eksteynin "Sabah"a keçidi rəsmiləşib. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə bəyan edib.

Bildirilir ki, 28 yaşlı yarımmüdafiəçi ilə münasibətlər rəsmiləşdirilib. Gözlənildiyi kimi, onunla 2 illik müqavilə imzalanıb. Son klubu "Kayzer çifs" olan Hendrik Eksteyn "Sabah"a azad agent kimi keçib. Bakı klubu onu ictimaiyyətə video-roliklə təqdim edib.

Qeyd edək ki, Eksteyn CAR millisində 2 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest