"Atletiko"nun hücumçusu Antuan Qrizmann tezliklə "Barselona"nın futbolçusu kimi təqdim olunacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klublar bu keçiddə çoxdan razılıq əldə ediblər.

"Barselona" Qrizmannın 120 milyon avroluq sərbəst qalma məbləği əvəzinə qarşı tərəfə 126 milyon ödəyəcək. Kataloniyalılar bunun əvəzində pulun hissə-hissə ödənilməsini istəyib. Madridlilər də buna qarşı çıxmayıblar.

Ancaq "Barselona"nın müdafiəçisi Nelson Semedonun da əks düşərgəyə yollanması məsələsi müzakirə olunur. Bunda da böyük ölçüdə razılıq əldə olunub. Portuqaliyalının transfer məbləği Qrizmann üçün ödəniləcək məbləğdən çıxılacaq. "Barsa"nın bununla PSJ-dən Neymarı alması da kluba problem yaratmayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest