"Fənərbaxça" heyətini gücləndirib. Matc.az xəbər verir ki, İstanbul nəhəngi "Verder"in hücumçusu Maks Kruzeni transfer edib.

Gələn həftə İstanbula gələrək tibbi müayinədən keçəcək almaniyalı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atacaq.

"Verder"in yetirməsi olan 31 yaşlı hücumçu karyerası ərzində "Sankt-Pauli", "Frayburq", "Borussiya" (Mönhenqladbax) və "Volfsburq"da da çıxış edib. O, 2009-cu ildə tərk etdiyi "Verder"ə 2016-cı ildə qayıtmışdı. Almaniya yığmasında 14 oyun keçirən forvard 4 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest