"Roma"nın müdafiəçisi Luka Pelleqrini karyerasını "Yuventus"da davam etdirəcək. Matc.az saytının məlumatına görə, 20 yaşlı oyunçu bu gün Turin klubunda tibbi müayinədən keçib.

Klublar arasında razılığa əsasən, Pelleqrininin transferi müqabilində "Yuve"nin müdafiəçisi Leonardo Spinatsola əks cəbhəyə yollanıb. "Roma" eyni zamanda 10 milyon avro xərc çəkib.

Qeyd edək ki, Luka Pelleqrini ötən mövsümün ikinci dövrəsini icarə əsasında "Kalyari"də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest