"Yaxşı oynadıq. Düzgün verilməyən penaltidən uduzduq. Həmin anda qayda cərimə meydançasından kənarda pozulmuşdu. Amma bu, futboldu, belə məqamlar olur. Müdafiə xəttində bəzi nüanslar var ki, üzərində işləməliyik".
"Yaxşı oynadıq. Düzgün verilməyən penaltidən uduzduq". Matc.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Vojislav Stankoviç deyib.
Serbiyalı müdafiəçi klubun rəsmi saytına açıqlamasında "Vorskla" ilə bu gün keçirilən yoxlama oyunundan (2:3) sonra klubun rəsmi saytına açıqlama verib.
Son dəqiqələrdə buraxılan penalti epizodunda qaydanın cərimə meydançasından kənarda pozulduğunu bildirən futbolçu müdafiə xəttindəki bəzi nüansların üzərində işləməyin vacib olduğunu deyib: "Həmin anda qayda cərimə meydançasından kənarda pozulmuşdu. Amma bu, futboldu, belə məqamlar olur. Müdafiə xəttində bəzi nüanslar var ki, üzərində işləməliyik. çünki 2-3 əks-hücumun qarşısını kəsə bilmədik. Artıq Avroliqadakı ilk oyunumuza köklənməliyik".