Qazaxıstan Premyer Liqasında XVI tura start verilib. Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" səfər oyununa çıxıb. Kostanay təmsilçisi "Jetısu"nun qonağı olub.

Qazaxıstan Premyer Liqasında XVI tura start verilib. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" səfər oyununa çıxıb.

Kostanay təmsilçisi "Jetısu"nun qonağı olub. Fernandes Kassainin 32-ci dəqiqədə vurduğu qol qarşılaşmada yeganə olub və "Tobol" səfərdən 1:0 hesablı qələbə ilə dönüb. Balayev bu dəfə də çərçivədə dayanıb və yenə qapısını toxunulmaz saxlamağı bacarıb.

Bu qalibiyyət sayəsində "Tobol" xallarının sayını 38-ə çatdıraraq, turnir cədvəlində liderliyi ələ keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest