01 İyul 2019, 09:33
FUTBOL
21 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub. Matc.az saytının məlumatına görə, final görüşündə İspaniya ilə Almaniya üz-üzə gəlib.
Udinedə baş tutan qarşılaşmanın hər hissəsində bir qol vuran ispanlar AVRO-2019-un qalibi olublar. Almanların gücü yalnız son dəqiqələrdə fərqi minimuma endirməyə çatıb.
Avropa çempionatı
Final
İspaniya U-21 - Almaniya U-21 - 2:1
Ruiz, 7; Olmo, 69 - Amiri, 88