çimərlik futbolu üzrə Azərbaycan millisi iyulun 3-dən 8-dək Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq Avropa Liqası turnirində iştirak edəcək. Matc.az xəbər verir ki, komandamız turnir çərçivəsində Rusiya, İspaniya və Türkiyə ilə qarşılaşacaq.

Oyunlar müvafiq olaraq, iyulun 5-də, 6-da və 7-də keçiriləcək.

Avropa Liqası üçün yığmamıza 12 oyunçu dəvət edilib. Onlar arasında vaxtilə böyük futbol oynamış oyunçular da var.

Yığmanın heyəti: Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Elşad Manafov, Rüfət Məmmədov, Sabir Allahquliyev, Ruslan Poladov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest