"çelsi" "Real"ın yarımmüdafiəçisi Matteo Kovaçiçi transfer etdiyini rəsmi saytı vasitəsilə açıqlayıb. Matc.az xəbər verir ki, bundan bir neçə dəqiqə sonra "zadəganlar" həmin xəbəri silib.

London klubunun xorvatiyalının keçidini yaymasının təsadüfi olub-olmadığı bilinmir. çox güman ki, tezliklə bu məsələ həllini tapacaq. "çelsi"nin ötən mövsüm icarə əsasında formasını geyindiyi Kovaçiç üçün "Real"a bonuslarla birlikdə 50 milyon avro ödəməsi gözlənilir.

25 yaşlı orta sahə oyunçusu ilə "İnter" və "Milan"ın maraqlanmasına baxmayaraq, o da "çelsi"yə birdəfəlik keçmək niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest