PSJ 2019-20 mövsümündə geyinəcəyi formanı videoroliklə təqdim edib. Matc.az xəbər verir ki, komanda ənənəvi - göy, qırmızı və ağ rəngli formadan istifadə edəcək.

Paris təmsilçisinin yeni formasını Markinyoş, Marko Verratti, həmçinin komandadan ayrılacağı deyilən Neymar və Kilian Mbappe təqdim edib. Yeni formalar "Nike" firması tərəfindən hazırlanıb.

Qeyd edək ki, Neymar "Barselona", Mbappe isə "Real"ın maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest