01 İyul 2019, 13:30
FUTBOL
"çelsi"nin sabiq futbolçusu Con Obi Mikel karyerasını Türkiyədə davam etdirəcək. Matc.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Trabzonspor" klubu ilə razılıq əldə edib.
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Mikellə 2+1 şərti ilə müqavilə imzalanıb. 2006-2017-ci illər aralığında "çelsi"də forma geyinən Mikel, son olaraq, İngiltərənin "Middlsbro" klubunun uğurları üçün çalışıb.

Trabzon təmsilçisinə azad agent statusunda keçən Nigeriya yığmasının kapitanı, yeni klubunda ilinə 1,5 milyon avro qazanacaq.