Kostas Manolası "Napoi"yə satan "Roma" qarşı tərəfdən bir oyunçu alıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Amadu Diavara paytaxt təmsilçisinə keçib.

21 yaşlı oyunçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb. Qvineyalının keçidi "canavarlar"a 21 milyon avroya başa gəlib.

2016-cı ildən "Napoli"də çıxış edən Qvineya millisinin üzvü ötən mövsüm A seriyasında 13 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest