İtaliyanın "Leççe" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, yeni mövsümdən A Seriyasında mübarizə aparmaq hüququ qazanan sözügedən klub Ukrayna yığma komandasının yarımmüdafiəçisi Yevgeni Şaxovu transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu "Leççe" ilə 2+1 illik müqaviləyə imza atıb.
 
"Dnepr"in yetirməsi olan Şaxov, bir müddət Kiyev "Arsenal"ında icarədə oynayıb. 2016-cı ildən isə o, Yunanıstanın PAOK komandasında forma geyinirdi. Ukrayna yığmasının üzvü bu klubdan azad agent statusu ilə ayrılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest