01 İyul 2019, 19:08
FUTBOL
Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi İranın "İstiqlal" klubundan Allahyar Sayyadmaneşi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı hücumçu İstanbul klubu ilə 5 illik müqaviləyə imza atıb.
Allahyar İran milli komandasının da üzvüdü.