Rumıniyanın "Universitatya Krayova" klubu yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Səbail"in rəqibi olan sözügedən klub Macarıstan təmsilçisi "Ferentsvaroş"la qarşılaşıb.
 
Rumıniya klubu bu görüşdə darmadağınla üzləşib. İlk yarını minimal hesabla məğlub vuran kollektiv fasilədən sonra daha 4 top buraxaraq, 0:4 hesablı yenilgiyə üzülüb.
 
"Səbail" "Universitatya Kravova"ya qarşı ilk oyununu iyulun 11-də Bakıda, cavab görüşünü ayın 18-də səfərdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest