14 Aprel 2026, 19:37
FUTBOL
"Barselona"nın hücumçusu Lamin Yamal son bir ildə oynadığı dəqiqələrə görə ən çox meydanda qalan yeniyetmə futbolçudur. 18 yaşlı cinah oyunçusu 4873 dəqiqə oynayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) paylaşıb.
Bildirilir ki, ikinci yerdə 4844 dəqiqə oynayan 19 yaşlı "Bornmut" hücumçusu Rayan gəlir. İlk "üçlüy"ü son bir ildə 4635 dəqiqə oynayan "Barselona"nın mərkəz müdafiəçisi Pau Kubarsi tamamlayır.
Bu mövsüm Yamal bütün yarışlarda 43 oyunda meydana çıxıb, 22 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 200 milyon avrodur.












