İtaliyanın "İnter" klubu Dieqo Qodinin ardından daha bir futbolçunun transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın "Herta" klubunun avstriyalı futbolçusu Valentino Lazaronu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
23 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. "İnter" bu transferə görə 22 milyon avrosundan keçməli olub.
 
Geridə qalan mövsümdə Bundesliqada 31 oyuna çıxan Lazaro, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest