"çelsi" ötən mövsümü icarə əsasında komandada keçirən Mateo Kovaçiçi birdəfəlik transfer edib. Matc.az saytı xəbər verir ki, "zadəganlar" Xorvatiya millisinin üzvü ilə 5 illik müqavilə imzalandığını açıqlayıb.

Britaniya mətbuatı Kovaçiçin londonlularla hələ Avropa Liqasının final oyunu günü anlaşdığını yazıb. Belə ki, mayın 29-da Bakıda "Arsenal"a qarşı keçirilən (4:1) həlledici qarşılaşmadan bir neçə saat öncə futbolçu paytaxtımızda rəhbərliklə bir araya gəlib və müqavilənin detallarında anlaşıb. "çelsi" sadəcə, icarə müddətinin başa çatması üçün iyulun 1-nə qədər bunu ictimaiyyətə yaymayıb.

Qeyd edək ki, Kovaçiçin transferi "Real"a 45 milyon avro qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest