02 İyul 2019, 11:07
FUTBOL
çempionlar Liqasının (çL) II təsnifat mərhələsində "Qarabağ"ın potensial rəqibi olan "Dundalk"ın hədəfi müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, İrlandiya təmsilçisi çL-də qrupa qədər irəliləmək niyyətindədi.
İrlandlar hesab edir ki, I təsnifat mərhləsində "Riqa" səddini keçmək çətin deyil. Onlar hətta II raundda "Qarabağ" - "Partizani" cütlüyünün qalibini də üstələyəcəklərinə inanırlar: "Əsas çətin mübarəzə III mərhələdən başlayacaq. Həm III, həm də pley-off mərhələsində güclü komandalar düşəcək. Ancaq "Dundalk" rəhbərliyi 4 rəqibi də üstələmək niyyətindədi".
Qeyd edək ki, I mərhələ 9-16 iyul, II mərhələ isə 23/24-30/31 iyul tarixlərində keçiriləcək.