"Barselona"nın baş məşqçisi Ernesto Valverde klub rəhbərliyi ilə görüşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, görüş zamanı transfer məsələləri müzakirə olunub.

Valverde, xüsusən də, Neymar və Antuan Qrizmannın eyni anda alınması fikrinə münasibət bildirib. Hələ istirahətə yollanmazdan əvvəl fransalının keçidinə razılıq verən mütəxəssis braziliyalı hücumçunun alınmasına da müsbət yanaşıb. O, bu iki transferdən sonra müdafiə ilə hücum arasında balansın pozulmayacağına söz verib.

Qeyd edək ki, Qrizmannın sərbəst qalma dəyəri 120 milyon avrodusa, Neymarın transfer qiyməti 220 milyon avroya bərabərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest