"Barselona"nın vingeri Usman Dembele "Bavariya"nın maraq dairəsindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Münhen klubu bununla bağlı qarşı tərəfə ilk təklifini göndərib.

Belə ki, almanlar Fransa millisinin üzvünün keçidi üçün 70 milyon avro təklif edib. Lakin Kataloniya təmsilçisi düşünmədən rədd cavabı verib. İspanlar 22 yaşlı hücumameyilli oyunçusunu minimum 95 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, 2017-ci ildə Dortmund "Borussiya"sından alınan Usman Dembele "Barselona"ya 125 milyon avroya başa gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest