"Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində Moldova təmsilçisi "Sperantsa" ilə səfər matçının təyinatları müəyyənləşib. Oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Referi Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər.
"Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində Moldova təmsilçisi "Sperantsa" ilə səfər matçının təyinatları müəyyənləşib. Matc.az xəbər verir ki, oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb.
Referi Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək.
UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.
Qeyd edək ki, "Neftçi" ilə "Sperantsa" arasında ilk görüş iyulun 11-də "Zimbru" stadionunda keçiriləcək.