"Derbi Kaunti"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Frenk Lempardı hollandiyalı Filipp Koku əvəz edəcək.

İki gündü İngiltərədə olan 48 yaşlı mütəxəssis çempionşip klubunun sahibi Melvin Morrislə ortaq məxrəcə gəlib. Klub ona heyətin gücləndirilməsi üçün transfer büdcəsi ayrılacağına söz verib. Gün ərzində Kokunun təyinatının rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Frenk Lempard sabah "çelsi"nin baş məşqçisi kimi təqdim olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest