"Atletiko" heyətini gücləndirməkdə davam edir. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Madrid təmsilçisi "Portu"nun daha bir oyunçusunu transfer edib.

Belə ki, mərkəz müdafiəçisi Felipe Monteyronun ispanlara keçidi rəsmiləşib. 30 yaşlı futbolçunun transferi "Portu"ya 20 milyon avro qazandırıb. Braziliya millisinin üzvü yeni komandası ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Felipe Monteyro "Portu"ya 2016-cı ildə "Korintians"dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest