"Bavariya"nın futbolçusu Yozua Kimmix UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin PSJ ilə maatçından (1:1) sonra açıqlama verib.
Matc.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi həlledici məqamlarda səhvlərə yol verdiklərini bildirib:
"Hakimlərin işi barədə deyil, öz oyunumuz haqqında danışmaq istəyirəm. Həlledici məqamlarda həddindən artıq çox səhvə yol verdik. Lakin bunun bizi çaşdırdığını və ya yolumuzdan etdiyini düşünmürəm. Hələ də inanıram ki, bu komanda Çempionlar Liqasını qazana bilər. Təəssüf ki, bu il yox. Klubdakı 11 ilim ərzində bu, bizim ən yaxşı mövsümümüz idi. Hətta üç kubok qazandığımız mövsümdən belə daha yaxşıdır. O vaxt mövsümün ilk yarısında yaxşı oynamamışdıq, sonra ikinci yarıda vəziyyəti dəyişmişdik. Lakin bütün mövsüm boyu nümayiş etdirdiyimiz sabitlik baxımından bu klubda hələ belə bir mövsüm yaşamamışdım.
Məhz buna görə də turnirdən kənarlaşdırılmağımız daha çox ağrılıdır. Paltardəyişmə otağında hər kəs bu komandanın Çempionlar Liqasının qalibi ola biləcəyinə inanır. Biz məşqçiyə, heyətə və özümüzə inanırıq. Çox güclü komanda olan PSJ ilə bərabər səviyyədə mübarizə apardıq. Gələn mövsüm hədəfimizə çatmaq üçün yenidən cəhd edəcəyik".



_1778159848.jpg)



_1778153577.jpg)

_1778151693.jpg)



