PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Matc.az xəbər verir ki, gürcüstanlı vinger buna yarımfinal mərhələsinin "Bavariya" ilə cavab matçında qol ötürməsi etməklə nail olub.

Kvaratsxeliya qrup və ya liqa mərhələsindən sonra ardıcıl 7 oyunda məhsuldar göstərici ilə yadda qalan ilk futbolçu olub. 25 yaşlı oyunçu "Monako" (1 qol), "Çelsi" (2 qol, 1 assist), "Çelsi" (1 qol), "Liverpul" (1 qol), "Liverpul" (1 assist), "Bavariya" (2 qol), "Bavariya" (1 assist) ilə matçlarda fərqləniblər.

Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 44 oyunda 18 qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest