"Real" mövsüm başa çatdıqdan sonra əsaslı şəkildə dəyişə bilər.
Matc.az "The Touchline" nəşrinə istinadən xəbər verir ki, klub prezidenti Florentino Peres genişmiqyaslı "təmizləmə" işlərinin aparılması zərurətini ciddi şəkildə nəzərdən keçirir. Bunun da nəticəsində bir sıra oyunçular satışa çıxarıla bilər.
"Kral klubu"nun rəhbəri komandanın daxili problemləri barədə daim gəzən və Madrid nəhənginin imicinə mənfi təsir göstərən söhbətlərdən bezib. "Real"ın bu mövsümü kuboksuz tamamlayacağı gözlənilir. Əgər madridlilər bazar günü "Kamp Nou"da keçiriləcək "El Klasiko"da 'Barselona'ya qalib gələ bilməsələr, La Liqada çempionluq üçün riyazi şanslarını birdəfəlik itirəcəklər.
Qeyd edək ki, "Barselona" - "Real" qarşılaşması mayın 10-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


_1778161538.jpg)

_1778159848.jpg)




_1778153577.jpg)

_1778151693.jpg)

