"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo PSJ-yə keçməyə razılıq verib. Matc.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb.

Bildirilir ki, "Barselona" Fransa klubunun hücumçusu Neymarın transferi müqabilində qarşı tərəfə 100 milyon avro və Koutinyonu təklif edib. Parislilər də bu dəyişikliyə razıdı. Artıq Koutinyo da Fransaya köçmək variantına müsbət yanaşıb.

Qeyd edək ki, Filipp Koutinyo "Barselona"ya ötən il "Liverpul"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest