Braziliyada keçirilən Amerika Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, ikinci finalçının da adına artıq aydınlıq gəlib.

Yarımfinala qədər irəliləyən Peru bu mərhələdə də son çempion çilini üstələyib. Rəqib qapısından 3 cavabsız top keçirən perulular finala vəsiqə qazanıblar. Onların həlledici matçdakı rəqibi Braziliya olacaq.

Final qarşılaşması iyulun 7-də baş tutacaq. Bundan bir gün əvvəl isə çili ilə Argentina bürünc medal uğrunda üz-üzə gələcək.

 

Amerika kuboku

Yarımfinal

çili – Peru – 0:3

Flores, 21; Yotun, 38; Gerrero, 90+1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest