"Befika"nın yarımmüdafiəçisi Joao Feliksin "Atletiko"ya keçidi rəsmiləşib. Matc.az saytının məlumatına görə, gənc futbolçu futbol tarixinin ən bahalı 4-cü transferi olub.

Madrid klubuna 126 milyon avroya başa gələn 19 yaşlı Feliks yalnız 3 futbolçudan geri qalır. Bunlar Neymar (PSJ- 222 milyon avro), Kilian Mbappe (PSJ - 180 milyon) və Filipp Koutinyodu ("Barselona" - 120 milyon). Sonuncunun bonuslarla birlikdə qiyməti 150 milyon avroya çatıb.

Feliks həmçinin ən dəyərli portuqaliyalı futbolçu olub. O, bir il əvvəl 117 milyon avroya "Real"ı "Yuventus"a dəyişən həmyerlisi Kriştianu Ronaldonu qabaqlayıb.

Hücumameyilli oyunçunun yeni komandasında geyinəcəyi forma nömrəsi də bəllidi. "Atletiko" ilə 7 illik müqavilə bağlayan Feliks komandadan ayrılacağını açıqlayan Antuan Qrizmannın 7 nömrəli formasını geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest