04 İyul 2019, 10:06
FUTBOL
Moskva "Spartak"ı bir neçə futbolçusunu əvəzedici heyətdə oynadacaq. Onlardan biri də azərbaycanlı Ayaz Quliyevdi. O, Artyom Rebrov və Aleksandr Selixovla birlikdə növbəti mövsüm üçün "Spartak-2"nin iştirak ərizəsinə salınıb.
Moskva "Spartak"ı bir neçə futbolçusunu əvəzedici heyətdə oynadacaq. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, onlardan biri də azərbaycanlı Ayaz Quliyevdi.
O, Artyom Rebrov və Aleksandr Selixovla birlikdə növbəti mövsüm üçün "Spartak-2"nin iştirak ərizəsinə salınıb. Bu isə o deməkdi ki, adıçəkilən futbolçular Milli Futbol Liqasında iştirak edəcəklər.
Rusiya Milli Futbol Liqasında yeni mövsüm bu həftəsonu start götürür. "Spartak-2" ilk oyununu iyulun 7-də "Baltik"ə qarşı keçirəcək.