"Neftçi"dən ayrılan xorvatiyalı yarımmüdafiəçi Qoran Paratskinin yeni klubu bəlli olub. Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək.

Paratski yüksək liqada çıxış edən sabiq klubu "Slaven Belupo" ilə müqavilə imzalayıb. Klub saytı müqavilənin detallarını açıqlamayıb.

Paratski 2014-2016-cı illərdə "Slaven Belupo"da çıxış edib. Xorvat oyunçu "Neftçi"də 26 oyuna 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest