04 İyul 2019, 11:15
FUTBOL
Amerika Kubokunun yarımfinal mərhələsində Argentina üzərində qələbə qazanaraq (2:0) finala adlayan Braziliya millisində itki baş verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Villian sıradan çıxıb.
Argentina ilə qarşılaşmada fasilədən sonra meydana daxil olan "çelsi"nin üzvü matçdan sonra sağ ayağında ağrılar hiss edib. Tibbi müayinədən sonra əzələ dartılması aşkarlanıb və futbolçunun müayinəsinə başlayıb. Həkimlər Villianın final görüşünü buraxacağını bildirib.
Qeyd edək ki, Amerika Kubokunun final matçı iyulun 7-də Braziliya ilə Peru arasında keçiriləcək.