"Səbail"in Avropa Liqasının I təsnifat mərhələsində "Universitatya Krayova" ilə ilk oyununa təyinat alan Ville Nevalaynen Azərbaycan komandalarına tanış sima deyil. Matc.az saytının məlumatına görə, finlandiyalı referi karyerasında ilk dəfə Azərbaycan təmsilçisinin görüşündə ədaləti qoruyacaq.
Ancaq bu, 35 yaşlı referinin ölkəmizə ikinci səfəri olacaq. çünki Nevalaynen 2016-cı ildə Bakıda təşkil edilən 17 yaşadək futbolçular arasında Avropa çempionatına təyinat alan referilər arasında yer alıb. O, həmin turnirdə qrup mərhələsinin 3, 1/4 finalın isə 1 görüşündə fit çalıb.
ümumiyyətlə, beynəlxalq arenada elə də böyük təcrübəsi olmayan Ville Nevalaynen 2014-cü ildən FİFA referisidi. O, daha çox aşağı yaş qrupu komandalarının oyunlarına təyinat alıb. çempionlar Liqası və Avropa Liqasında əsasən təsnifat mərhələlərində oyunlar idarə edən finlandiyalı ötən mövsüm ilk dəfə Avropa Liqasının qrupuna təyinat alıb, "Akhisar" - "Krasnodar" (0:1) görüşündə fit çalıb.
"Səbail" - "Universitatya Krayova" qarşılaşması onun beynəlxalq arenada 32-ci matçı olacaq.
Qeyd edək ki, "Səbail" - "Universitatya Krayova" oyunu iyulun 11-də "ASCO Arena"da baş tutacaq.