"Səbail"in UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Universitatya Krayova" ilə ilk görüşünün biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, oyunun biletlərini iticket.az saytından əldə etmək olar. Biletlərin qiyməti 1-3 manat təşkil edir.

Qeyd edək ki, iyulun 11-də "ASCO Arena"da keçiriləcək "Səbail" - "Universitatya Krayova" matçı 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest