04 İyul 2019, 15:14
FUTBOL
"Sevilya" daha bir futbolçunu transfer edib. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə bəyan edib.
La Liqa təmsilçisi "Marsel"in yarımmüdafiəçisi Lukas Okamposu heyətinə qatıb. Bu keçid fransızlara 13 milyon avro qazandırıb. 25 yaşlı argentinalı futbolçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "River Pleyt"in yetirməsi olan Lukas Okampos 2015-ci ildən bəri "Marsel"də çıxış edib.