"Lester" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, "Nyukasl"dan Ayose Peres transfer edilib. 25 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.

"Lester" ispan oyunçu üçün "Nyukasl"a 33,4 milyon avro ödəyərək, tarixinin rekord transferini həyata keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest